Bakıda zəncirvari qəza - Xəsarət alan var

 

Bu dəqiqələrdə paytaxtın Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Pressaz.com yenicag.az-a istinadən xəbər verir ki, Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələrinin kəsişməsində zəncirvari qəza baş verib. Qəzaya səbəb dönər paylayan motosikletin qəflətən yola çıxması olub. Bu zaman öz yolu ilə hərəkətdə olan 10 UU 861 dövlət nömrə nişanlı “Mitsubishi Prado” markalı avtomobil onu vurub. Motosikletin sürücüsü idarəetməni itirərək, 2 saylı Bakubusa çırpılıb. Toqquşmadan yayınmağa çalışan avtobus
sürücüsü sükanı çevirərkən 99 GF 984 dövlət nömrə nişanlı “Daewo” markalı minik maşınına dəyib.
Hadisə zamanı bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →