Bakıda metro stansiyasının yaxınlığından uşaq tapıldı

 

Sentyabrın 14-də gecə saatlarında polis əməkdaşları tərəfindən metronun “20 Yanvar” stansiyasının yaxınlığında uşaq tapılıb. Azyaşlı Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. Bu barədə virtualaz.org saytına birliyin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, oğlanın 10 yaşı var. “Uşağın əqli və fiziki qüsuru var, amma fikirlərini çatdıra bilir. Dediklərindən məlum olur ki, atalığı tərəfindən evdən qovulub. Uşağa fiziki və psixoloji zorakılıq olunduğunu güman edirik. Hələlik onunla psixoloq işləyir”, - deyə K.Ağazadə bildirib.

Uşağın valideynləri axtarılır: “Sığınacağa bir nəfər zəng vurdu və iddia etdi ki, uşaq özü evdən qaçıb. Bu gün isə bir nəfər gəldi və özünü uşağın xalası kimi təqdim etdi. Birlik polis əməkdaşları olmadan onun uşaqla görüşməsinə icazə vermədi. Yalnız hüquq-mühafizə orqanlarının icazəsi ilə uşaq yaxınlarına verilə bilər”.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →