Əməkdar artist : Azərbaycanlı müğənnilərin çoxu "mamaroza"dır

  • 14:21 19 sentyabr 2017
  • Şou
 

Azərbaycanın əməkdar artisti Cavanşir Məmmədov həmkarları haqda sərt fikirlər səsləndirib.
Pressaz.com xəbər verir ki, azxeber.com-un məlumatına görə, müğənni qonaq olduğu verilişlərin birində bəzi həmkarlarının insan alveri ilə məşğul olduğunu deyib: "Bu gün onlarla məşhur müğənni, prodüser, təşkilatçı var ki, insan alveri ilə məşğuldur, ona-buna qız daşıyır. Şou-biznesdə olan "mamaroza" və "paparoza"lar heç bir sahədə yoxdur. İnsan alveri və əlaqədar qurumlar şou aləmində reyd keçirsə, bir gecədə onlarla şəxs həbs edilə bilər. Əminəm ki, bu olandan sonra müğənnilər sakitləşər".
Əməkdar artist həmçinin qeyd edib ki, həmin müğənniləri adbaad tanıyır və adlarını açıqlaya bilər. шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →