Bank Telman İsmayılovun oğlu ilə bağlı iddiasını geri götürüb

 

Moskva Arbitraj məhkəməsi azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis elan edilməsinə dair iddiaya baxılmasını dayandırıb.

Pressaz.com -un məlumatına görə virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Ələkbər İsmayılovun müflis elan edilməsinə dair iddianı “BMB Bank” qaldırmışdı. Lakin indi bank özü iddiasını geri götürüb və Telman İsmayılovun oğlunun müflis elan edilməsinə nail olmaq təşəbbüsündən əl çəkib.

Xatırladaq ki, Telman İsmayılovun özü “Bank Moskva”nın (VTB qrupuna daxildir) iddiası əsasında müflis elan edilib. Məhkəmənin qərarı ilə onun əmlakı dondurulub. T.İsmayılovun kreditorlara 1.5 milyard dollardan çox borcu var.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →