AMB şənbə gününü banklar üçün iş günü elan edib

 

Bu gün Azərbaycan Mərkəzi Bankından (AMB) kommersiya banklara məktub daxil olub.

Pressaz.com "APA-Economics"ə istinadən xəbər verir ki, AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyevin imzası ilə daxil olan məktubda deyilir:

"Milli Ödəniş Sisteminin İştirakçılarına.

Dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan edilir. Eyni zamanda bildiririk ki, ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixi yeni əməliyyat günü hesab edilir. 

Xahiş edirik, nəzərə alasınız".шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →