Neymar karyerasındakı qolların sayını 300-ə çatdırıb

  • 15:54 01 oktyabr 2017
  • İdman
 

PSJ-nin hücumçusu Neymar Fransa Liqasının 7-ci turunda "Bordeaux"la oyunda (6:2) dubla imza atıb.
Pressaz.com goal.az-a istinadən xəbər verir ki, braziliyalı ulduz karyerasındakı qolların sayını 300-ə çatdırıb. 25 yaşlı forvard "Santos"da 136, "Barcelona"da 105, Braziliya millisində 52, PSJ-də isə 7 qol vurub.
Neymarın "Bordeaux"a hər iki qolu standart vəziyyətdən vurulub. O, əvvəlcə cərimə zərbəsi, daha sonra penaltidən fərqlənib. Sonuncu dəfə Liqa 1-də həm penalti, həm də cərimə zərbəsindən fərqlənən futbolçu Nene olmuşdu. O, 2012-ci ilin mayında "Rennes"lə oyunda bunu bacarmışdı. шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →