Azərbaycanda bankların birləşməsi müsbət qiymətləndirilir

 

Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkənin bank sektorunda konsolidasiyanı müsbət qiymətləndirir.


Pressaz.com xəbər verir ki, trend-in məlumatına görə, bunu jurnalistlərə ABA-nın rəhbəri, “Rabitəbank”ın Müşahidə şurasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bank sektorunda bu cür söhbətlər hər zaman olsa da, son zamanlarda birləşmə barədə söhbətlər fəallaşıb.

Z.Nuriyev qeyd edib ki, hazırda müəyyən danışıqlara baxmayaraq, Azərbaycan bankları arasında birləşmə barədə konkret qərar hələlik yoxdur: “Biz istəmirik ki, kapital çatışmazlığı səbəbi ilə banklar bağlansın. İstədiyimiz odur ki, onlar öz fəaliyyətlərini davam etdirsinlər. Ona görə də biz bankların birləşməsini dəstəkləyirik”.

шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →