Respublika Qadınlar Cəmiyyəti şəhidlərimizi andı - Ağcabədidə

 

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xətti ilə Azərbaycan Respublikası Qadınlar Cəmiyyəti Ağcəbədi rayonunun Şərəfxanlı kəndində Şəhid Ceyhun Cəfərov adına Şərəfxanlı kənd orta məktəbində olmuşdur.

Pressaz.com
xəbər verir ki, layihəyə əsasən Azərbaycanın regionlarında dövlətin dəstəyi hesabına gənclərin şəhid ailələri ilə görüşlərin təşkil olunması və məktəblilər arasında vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi və onlara vətən sevgisinin doğru məqamlarla öyrədilməsidir. 18 oktyabr Respublika günündə belə tədbirlərin qeyd olunması təqdirə layiq görülmüşdür.

Məhz bu yönümdə aparılan uğurlu siyasətə dəstək olaraq Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova və müavini Vəfa Abbasova Şəhid ailələri ilə birgə bu tədbirin keçirilməsini təşkil etmişlər.

Tədbir Azərnaycanın dövlət himni ilə başladıqdan sonra Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad olundu. Məktəbin direktoru çıxış edərək tədbiri açıq elan etdi. Bundan sonra Bahar Qasımova, Vəfa Abbasova, Şəhid anaları və diğərləri çıxış etdilər. Şərəfxanlı kənd Veteranlar Şurasının sədri, icra nümayəndəsi, qazilər, təhsil işçiləri, şəhidlərin döyüş yoldaşları, veteranlar tədbirdə nitq söyləmiş və yaxından iştirak etmişlər. Tədbirdə məktəblilər tərəfindən hazırlanmış vətənpərvərlik mövzusunda şeir və kompazisyalar səsləndirilmişdir.Daha donra şəhid Ceyhum CəfərovDilsuz Qarayevin anaları  və məktəbin direktoru Şövkət Səfərova bu tipli tədbirləri sıx-sıx keçirdiyinə görə Respublika Qadınlar Cəmiyyəti tərəfindən fəxri fərmanla təltif olunmuşdur.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi












 шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →