Kiyevə getmək istəyənlər üçün yeni fürsət - Avtobus reysləri açılır

 

Bakıdan Xarkov və Kiyevə avtobus reysləri açılır.

Bakı-Xarkov-Kiyev reysi Rusiya Federasiyasının ərazisindən keçməklə təşkil olunur. Reys həftənin bazar ertəsi və cümə axşamı günləri, saat 11:00-da yola düşür və təxminən 39 saata Kiyevə çatır.

Pressaz.com-un oxu.az-a istinadən məlumatına görə, Bakıdan Kiyevə 9 noyabr, Kiyevdən Bakıya isə 13 noyabrda ilk reys yola düşəcək. Gediş haqqı 100 manat məbləğindədir.
Beş yaşına qədər olan uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə - red.) pulsuzdur. Beş yaşından on yaşına qədər uşaqlar üçün bilet yarı qiymətə nəzərdə tutulub. Yəni, biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlər istədikləri təqdirdə, beş yaşına qədər olan uşaqlar üçün də yarı qiymətə bilet əldə edə bilərlər.

Qiymətlər hər iki tərəfdən (həm Ukrayna, həm də Azərbaycan) daşımaları həyata keçirən şirkətlərin razılığı əsasında müəyyən edilib.

Biletlərin qiyməti müqavilədə iştirak edən şirkətlərin razılığı əsasında və hər iki respublikanın müvafiq orqanları tərəfindən təsdiq edilib. Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həyata keçiriləcək.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →