"Real"ın istədiyi futbolçunun qiyməti açıqlandı: 250 milyon avro

  • 12:22 25 oktyabr 2017
  • İdman
 

"Real"ın prezidenti Florentino Peres Harri Keynlə bağlı açıqlama verib. Pressaz.com fanat.az-a istinadla xəbər verir ki, "Karl Klubu"nun rəhbəri uzun müddətdi transfer etmək istədikləri deyilən "Tottenhem"in gənc ulduzu ilə bağlı danışıb.

"Cadena COPE"yə danışan Peres "Harri Keyni transfer etmək ağlımın ucundan keçmir. Super futbolçudu, həm də gəncdi. İnkişafı üçün qarşıda uzun illər var. Amma Kərim Benzema və komandamızdan razıyıq. "Tottenhem"in prezidentindən Keynin qiymətini soruşmamışam. Çünki soruşsam, 250 milyon avro istədiklərini söyləyəcək" deyib.

Qeyd edək ki, "Transfermarkt"ın 80 milyon avro qiymət qoyduğu 24 yaşlı hücumçu car mövsümdə Premyer Liqada və Çempionlar Liqasında keçirdiyi 12 oyunda 13 qol vurub.
шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →