Dünyasını dəyişən 3 yaşlı Arzu Qurbanlının valideynləri məhkəmədən narazıdırlar - VİDEO

 

Bu gün Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı Arzu Qurbanlının ölümündə təqsirləndirilən “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.Hakim Ruqiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Məhkəmənin bu gün yekunlaşacağını düşünən uşağın valideyinləri, hakimin məhkəməni uzadmasından gileylənirlər.Beləki qarşı tərəfin vəkili klinikanın daha bir neçə əməkdaşının dindirilməsini tələb edib.

Dövlət ittihamçısı və şikayətçi şəxslərin vəkilləri hakimə bu vəsatəti qəbul etməməsini xahiş etsələr də, hakim qarşı tərəfin vəkilinin vəsatətini qəbul edib.

Növbəti məhkəmə prosesi noyabr ayının 1-ə təyin olunub. Uşağın valideyinləri növbəti məhkəmə prosesində hakimin dəyişdirilməsini tələb edəcəklərini bildirdilər.

Qeyd edək ki, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

İ.Qəmbərov barəsində həbs qətimkan tədbiri seçilməyib.


шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →