Qaçan məhbus Fədayə Laçına verilişdə olanda zəng edib?

 

“Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun həbsdən qaçmasında əli olduğu bildirilən müğənni Fədayə Laçınla bağlı maraqlı faktlar ortaya çıxıb.

Pressaz.com xəbər verir ki, yenicag.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Fədayə Laçın Etibar Məmmədovla qaçmazdan öncə ATV-də yayımlanan “Nanəli” verilişinin çəkilişində olub. Bu zaman ona zəng gəlib. Təşvişə düşən müğənni çəkilişi yarımçıq saxlayaraq, studiyanı tərk etmək istəyib.

Bu zaman aparıcı Nanə Ağamalıyeva ona iradını bildirib və müğənniyə sona qədər oturacağını deyib. Həyəcandan əl-ayağı titrəyən Fədayə təşvişə düşərək, ağlamağa başlayıb. “Mən təcili getməliyəm” deyən müğənniyə pavilyondan çıxmağa imkan verilmədiyindən, o, çəkilişin bitməsini gözləməyə məcbur olub. Çəkiliş bitən kimi bir küncə çəkilən Fədayə Laçın ara vermədən kimlərəsə zəng edərək, ağlaya-ağlaya danışıb. Görünür, elə verilişdən çıxan kimi də o, sevgilisinə köməyə gedib və gecə saatlarında Qazaxda həbs olunub. O, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməkdə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

Yenicag.az hadisə ilə bağlı “Nanəli” verilişinin aparıcısı Nanə Ağamalıyeva ilə əlaqə saxlayıb. Aparıcı bu barədə sualı cavablandırmaqdan imtina edib.шаблоны для dle 11.2
Diğər xəbərlər:


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →