V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək

  • 17:21 16 avqust 2017
  • Şou
 

Avqustun 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda növbəti, V Beynəlxalq Qəbələ Mürəbbə Festivalı keçiriləcək.

Nazirlikdən Pressaz.com-a  verilən məlumata görə, festivalda 25 xarici ölkə komandası, Azərbaycanın 35-ə yaxın bölgəsi və sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələr, Ümumdünya Kulinariya Təşkilatının (WACS) prezidenti Tomas Quqler, Ümumdünya İslam Kulinariya Təşkilatının (WICS) prezidenti Gökhan Tufan və baş katibi Ali Trobolisinin iştirakı nəzərdə tutulur.

Respublikamızın mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədilə Qəbələ mürəbbə festivalında şirniyyatçılar tərəfindən fərqli mürəbbə çeşidləri hazırlanıb, rayona səfər edən yerli və xarici qonaqlar üçün nümayiş olunacaq.

Bildirək ki, artıq 5-ci dəfə keçiriləcək Qəbələ Mürəbbə Festivalında iştirak edən xarici ölkələrin nümayəndələrinin sayının ildən-ilə çoxalması ölkəmizin, o cümlədən Qəbələnin beynəlxalq nüfuzunun artmasına və turizmin inkişafına səbəb olur.
шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →