Aygünlə Rəsul Quliyevin qardaşı oğlunun tanışlığının ŞOK tarixcəsi-EKSKLÜZİV

  • 17:20 31 oktyabr 2017
  • Şou
   

Polis rəisi xalq artistini Rza Quliyevə neçəyə satdı?
1998-ci ildə ACP lideri  Rəsul  Quliyevin qardaşı oğlu Rza Quliyev  Heydər Əliyev adına hava limanında həbs olunarkən xalq artisti Aygün Kazımova gözüyaşlı bir vəziyyətdə telekanallara müsahibə verərək, eks-spikerin qohumu ilə evli olduğunu bildirmişdi.

Pressaz.com Avropa.info-ya istinadən xəbər verir ki, Rza Quliyevlə Aygün Kazımovanın tanışlığının şok tarixcəsini əldə edib. Aldığımız məlumata görə,1994-cu ildə o dövrlərin ölkədə çox məşhur olan bir polis rəisi Aygün Kazımovanı  həbs edir. Həbsin hansı səbəblərdən olduğunu bilsək də etik normalara uyğun olmadığı üçün bunu yazmırıq. Sözünün üstündə söz deyilməyən bölmə rəisi  dostu olan Rza Quliyevə  Aygünü həbs etdiyini danışır. Rza Quliyev  dostundan onu azad etməyi xahiş edir. Polis rəisi isə zarafatla bunun qiymətinin o dövürlər üçün heç də az olmayan 3000 dollara olduğunu deyir. Rza Quliyev isə bu pulu verərək Aygün Kazımovanı azad etdirir. Məhz bundan sonra Aygünlə Rzanın məhəbbət macərası başlanır. Onlar elə həmin ildən qeyri-qanuni nigah altında yaşamağa başlayırlar. Bundan sonra Rza Quliyev hazırda xalq artisti olan müğənniyə səhnəyə çıxmağı qadağan edir. 1998-ci ildə ölkə rəhbərliyi ilə əmisi Rəsul Quliyevin arasında yaşanan narazılıqlardan sonra Rza Quliyev Aygün Kazımovayla birgə Türkiyəyə gedərkən həbs olunur. Rzanın həbsindən sonra Aygün Kazımova bir müddət onun yanına həbsxanaya da gedib-gəlir.Lakin sonradan xalq artistinin xüsusi xidmət orqanları ilə əlaqəli olmasından şübhələnən Rza Quliyev onu qovur.Və bu sevgi də burda bitir... Məhz Rza Quliyevdən ayrıldıqdan sonra Aygün Kazımova yenidən səhnəyə qayıdır.1998-ci ilin yeni il  münasibəti  ilə Az Tv-də  keçirilən  tədbirdə çıxış edən müğənni yeni karyerasına başlayır.


шаблоны для dle 11.2
Diğər xəbərlər:


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →