“Qarabağ”ın fan-klubundan Kamilin hərəkətinə sərt REAKSİYA: “Onun təyyarədə nə işi var?…”

 

“Qarabağ”ın tanınmış fanklubu “İmarət” bu gün sosial şəbəkələrdə müzakirəyə səbəb olan Kamil Zeynallının hərəkətləri barədə münasibət bildirib.
Facebook səhifəsində açıqlama yayan azarkeş qrupu baş verənlərin “Qarabağ”ın nüfuzunu zədələdiyi qeyd olunub:


“Maraqlı hadisələr olur və biz artıq reaksiyasız qala bilmərik. Əziz dostlar, “İmarət” kimi Qarabağımızın çalışırıq ki, hər matçında iştirak edək. Son vaxtlar Avropa ölkələrindəki oyunlarda təmsil olunmağımız bizə həm maddi, həm də təşkilati cəhətdən ciddi problemlər yaradır. Amma Allaha şükür ki, bacarırıq bunları həll etməyi və ən az 4-5 nəfər Bakıdan azarkeş göndərə bilirik. Misal üçün deyə bilərəm ki, sonuncu dəfə ölkəmizdəki Fransa səfirliyi azarkeşlərimizdən 9 nəfərin viza müraciətindən yalnız birinə müsbət cavab verdi. Bu məsələlərlə bağlı müxtəlif çətinliklərdən danışmaq olar. Düzdür, “Qarabağ” rəhbərliyi mümkün qədər öz dəstəyini əsirgəmir.

Ancaq… Bayaq Kamildir, kimdir onun video görüntüsü çıxdı qarşıma, təyyarədə olan. Mən anlamıram, onun həmin təyyarədə nə işi var, hansı hərəkətinə və xidmətlərinə görə Çempionlar Liqasında oynayan peşəkar komandanın heyəti ilə səfərə gedir? Bu bir tərəfə, üstəlik, qeyri-etik hərəkətlərini hər kəsə nümayiş etdirərək, bizim nüfuzumuzu zədələyir. “Qarabağ” kimin üçünsə əyləncə və istirahət anlamına niyə gəlməlidir ki?

Ümumiyyətlə, komanda zəif oynayanda heç onun adını bilməyənlər, indi gəlib sevincə həmşərik olmaq istəyir. Təbii ki, bu hallar məni və digər çiyindaşlarımı narahat edir”.

“Əvvəllər demək olar hər həftə klubun işçiləri ilə müəyyən təşkilati məsələlərlə bağlı əlaqə yaradırdıq və demək olar hər kəsi tanıyırdıq. İndi birdən “Vallah iş çoxdur” sözlərini eşidib, onları da başa düşürük. Həmin işləri çoxaldan Kamil kimiləridir, bəylər. Bizlər iş az olanda da burdaydıq!” – “İmarət”dən sonda qeyd edilib.
Xatırladaq ki, Kamil Zeynalov “Qarabağ” klubu ilə eyni təyyarədə olarkən sosial şəbəkədə canlı yayıma çıxıb. Bu zaman yayımı izləyənlərdən biri xoşagəlməz rəy bildirib və K.Zeynalov bunun cavabında təhqiramiz ifadələr işlədib.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →