Azərbaycanda partiya sədri rüşvətxorluğa görə həbs edildi

 

Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tükənov həbs edilib.

Pressaz.com mia.az-a istinadən xəbər verir ki, M.Tükənova Cinayət Məcəlləsinin 311-ci (Rüşvət alma (passiv rüşvətxorluq)) maddəsi ilə ittiham irəli sürülüb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Faktı report-a M.Tükənovun ailəsi təsdiqləyib.

Onu da qeyd edək ki, M.Tükanov "Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavinidir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, vətəndaşların müraciətləri əsasında İctimai Birliyin sədr müavini Musa Tukanov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı davam etdirilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məhkəmənin qərarı ilə M. Tukanov barəsində həbs qətimkan tədbiri seçilib.
шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →