Qurban Qurbanov milli komandanın baş məşqçisi olur

 

"Qarabağ" klubunun baş məşqçisi həm də Futbol üzrə milli komandamızın baş məşqçisi postuna gətirilir.

İstefaya göndərilən Robert Prosineçkinin Azərbaycan milli komandasının baş məşqçi postundan getməsindən sonra yeni baş məşqçinin kim olacağı ilə bağlı fərqli versiyalar səsləndirilirdi.

  Pressaz.com ölkə.az-a istinadla  xəbər verir ki, bununla bağlı sabah Bakı Olimpiya Stadionunda İcraiyyə Komitəsinin iclası keçirilməsi planlaşdırılır. AFFA-dakı özəl mənbələrdən əldə etdyimiz məlumata görə Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin ediləcəyi artıq dəqiqləşib, sabah sadəcə ictimaiyyətə bu barədə rəsmi məlumat təqdim ediləcək.

Bununla yanaşı Qurban Qurbanov eyni zamanda "Qarabağ" klubunda da tutduğu postu davam etdirəcək.

шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →