Serj Sarkisyan Qarabağdan çəkilir: "Bizim üçün ağrılı qərarlar olacaq, güzəştsiz mümkün deyil”

 

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində güzəştlərlə bağlı Ermənistanı ağrılı qərar gözləyir.

Bu barədə Ermənistan Prezidenti Serj Sarkisyan hakim Respublika Partiyasının siyasi məktəbində çıxışı zamanı deyib.
"Dağlıq Qarabağ məsələsində ağrılı qərarlar olacaq. Həll yolu güzəştlərsiz mümkün deyil”, - deyən Sarkisyan söhbətin hansı qərarlardan getdiyini konkretləşdirməyib.

Lakin "Joxovurd” qəzeti diplomatik mənbələrə istinadən yazır ki, Sarkisyan ərazilərin qaytarılmasından danışır: "ATƏT-in Minsk Qrupu, eləcə də daha böyük oyunçular Ermənistanı buna məcbur edir”.

Ermənistanın millətçi Daşnaksütyun Partiyasının parlament fraksiyasının katibi Aqvan Vardanyan da Sərkisyanın fikirlərini bölüşüb və qeyd edib ki, problemin həlli Ermənistan üçün ağrılı olacaq/Publika.az.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →