Respublika Qadınlar Cəmiyyətinin şəhid ailələri ilə görüşü - ZƏRDABDAN FOTOREPORTAJ

 

Bu gün Respublika Qadınlar Cəmiyyəti Zərdab rayonunda şəhid ailələri ilə görüşüb.

Pressaz.com xəbər verir ki, Azərbaycan  Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Respublika Qadınlar Cəmiyyəti İctimai Birliyinin regionlarda gənclərin şəhid ailələri və Qarabağ qaziləri ilə görüşlərinin keçirilməsi layihəsi çərçivəsində Zərdab rayonunda tədbir keçirilib.

Tədbirdən öncə ulu öndərimiz Heydər Əliyevin abidəsi ziyarət edilib. Abidənin qarşısına gül və çiçəklər qoyularaq ulu öndərin xatirəsi yad edilib.
Tədbir iştirakçıları daha sonra Heydər Əliyev muzeyinə baş çəkiblər.

Heydər Əliyev Mərkəzində baş tutan tədbir, himnimizin səslənməsi ilə başlayıb və daha sonra 1 dəqiqəlik sükutla şəhidlərimizin ruhu yad edilib.

Tədbirin açılışını Zərdab rayonu 1 saylı litseyin direktoru Vüsalə Kərimova edib. Balaca fəallar da aktivlik göstəriblər. Belə ki, 1 saylı liseyin şagirdlərindən ibarət "Şahinlər" hərbi qrupunun ifasında vətənpərvərlik mövzusunda səhnəciklər nümayiş olunub, şeirlər səsləndirilib. Şəhid anaları, qazilər, müharibə veteranları, vətənpərvər gənclər çıxışlar ediblər. Tədbirin keçirilməsində əsas qayə gənc nəslə vətənpərvərlik duyğularının, vətən sevgisinin aşılanması, vətən uğrunda canından keçən oğullarımızın daim anılması, qürur mənbəyinə çevrilməsi olub.

Tədbirdə iştirak edən şəhid anaları, şəhid Eminov Fərrux Əli oğlunun anası Raya xanım, şəhid Mirəliyev Nicat İldırım oğlunun anası Mehriban xanım Qadınlar Cəmiyyətinin diplomları ilə təltif olunublar.

Zərdab rayonunda yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Zərdab rayonu icra başçısının müavini Rəhman Feyzullayev, Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Zərdab rayon Mərkəzi Kitabxananın direktoru Nailə Əliyeva rayonun şəhid anaları, qazilər, məktəblilər, gənclər və müəllim kollektivi fəal işirak ediblər.

Tədbirdə Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, cəmiyyətin sədr müavini, "Bizim dövr" qəzetinin təsisçisi və baş redaktoru Vəfa Abbasova, yazıçı- publisist Oqtay Əliyev vətənpərvərlik mövzusunda çıxış edərək gənclərə öz tövhələrini veriblər.  Görüş əsnasında Respublika Qadınlar Cəmiyyəti tərəfindən 1 saylı liseyin direktoru Vüsalə Kərimovanın Zərdab rayonu üzrə Qadınlar Cəmiyyətinin sədri seçilməsi üçün icra hakimiyyətinə məktub şəkilində müraciət olunub.

Tədbirdən sonra Respublika Qadınlar Cəmiyyətinin Sədri Bahar Qasımova və sədr müavini Vəfa Abbasova yazıçı-publisist Oqtay Əliyev rayonun icra başçısı Lütvəli Babayevlə görüşərək yaratdığı bu gözəl şəraitə görə təşəkkür ediblər. Görüş, gələcəkdə nəzərdə tutulmuş yeni layihələrin müzakirəsiylə  sona çatıb.

Sonda xatirə şəkilləri çəkilib.








 


Pressaz.comшаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →