Hadisə "O səs Türkiyə"dəki davadan danışdı - FOTO

 

Amerikada bir dostunun toyuna gedən Hadisə İstanbula qayıdan kimi həkimə yollanıb.

Sənətçi xəstəxanadan çıxarkən fotokameralara tuş gəlib.

Hadisə jurnalistlərin suallarını cavablandırıb. O, Yıldız Tilbe ilə "O səs Türkiyə"dəki münsiflərin dava etməsi xəbərlərindən danışıb:

"Dalaşsaq, bunu hamı başa düşər. Aktyor deyilik ki, bunu gizlədək".

Şəxsi həyatından danışan müğənni valideynlərinin ona təzyiq etdiyini söyləyib. Hadisə "O səs Türkiyə" iştirakçısı ilə eşq yaşamasına münasibət bildirib:

"Atamla anam ərə getməyimi çox istəyir. Amma mən doğru insan tapmağa çalışıram. Çox insan qısa vaxt içində boşanır. Düşünürəm ki, gec olsun, amma yaxşı olsun.

Onunla adımın sevgi qalmaqalında hallanmasını eşidəndə şok oldum. Dodan mənim dostumdur, ona dəyər verirəm. İlk gündən xəbərin yalan olduğunu dedim. Bir foto ilə necə belə xəbər yaymaq olar. Xəbəri yazan jurnalist bizə zəng etdi, ona yalan olduğunu dedik. Amma gedib belə formada yayımladı". /axsam.az/шаблоны для dle 11.2
Diğər xəbərlər:


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →