Ailə qurmayan qadın müğənnidən efirdə İLGİNC AÇIQLAMA

  • 15:35 07 noyabr 2017
  • Şou
 

ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin qonağı olan müğənni Şəbnəm Tapdıq maraqlı açıqlamaları ilə yadda qalıb.

Pressaz.com milli.az-a istinadla xəbər verir ki, heç zaman ailə qurmayan əməkdar artist veriliş zamanı qəfil "Mən nənəyəm. Mənim qəşəng oğlan nəvəm var" ifadəsini işlədib. Müğənni verilişin aparıcısı və studiyadakı digər şəxslərin ona zillənən gözlərini görüncə dərhal sözlərinə "Bacımın nəvəsi mənim də nəvəmdir. Biz doğmayıq" fikirlərini əlavə edib.

Aparıcı Elgiz Əkbər müğənninin ilk ifadələrindən çox təəccüb keçirdiyini "Mən şok oldum. Dedim, yəqin, ərə getmisiniz, uşaq dünyaya gətirmisiniz, bizim xəbərimiz yoxdur" sözləri ilə izah edib.

Şəbnəm Tapdıq aparıcının dediyi fikirlərə "Yox, mən xuliqan deyiləm" cavabını verib.шаблоны для dle 11.2
Diğər xəbərlər:


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →