Bakıda arvad ərini xüsusi amansızlıqla öldürdü - VİDEO

 

Qadın həyat yoldaşını amansızlıqla qətlə yetirib.

Pressaz.com  bildirir ki, ağır cinayət gecə paytaxtın Sabunçu rayonunda baş verib.

Məlumata görə, 28 yaşlı Nazim Vəliyev işdən evə qayıdandan sonra həyat yoldaşı 23 yaşlı Tünzalə Vəliyeva ilə ailədaxili məsələ üstündə mübahisə edib. Mübahisə o həddə çatıb ki, Tünzalə Vəliyeva Nazim Vəliyevin başına meyvəqabını çırpıb. Nəticədə Nazim Vəliyev yerə yıxılıb. Hirsi soyumayan qadın huşsuz vəziyyətdə yerdə qalan həyat yoldaşının başına bu dəfə qaz balonunu bir neçə dəfə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib.

Səsə gələn qonşular dərhal polisə məlumat veriblər. Hadisə yerinə Sabunçu rayon polis və prokurorluq əməkdaşları gəliblər. Cinayəti törətməkdə şübhəli bilinən Tünzalə Vəliyeva saxlanılaraq istintaqa cəlb edilib. Qonşuların verdiyi məlumata görə, son vaxtlar ailədə hər gün münaqişə olurmuş və Nazim Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. O, fəhləliklə məşğul olub. Ər və arvadın birgə nikahdan isə iki azyaşlı övladı var.
Faktla bağlı Tünzalə Vəliyeva barəsində Sabunçu rayon prokuroluğunda cinayət işi başlanıb, hadisənin dəqiq səbəbləri araşdırılır.

Gecə paytaxtın Nizami rayonu "8-ci kilometr" bazarında isə bıçaqlanma hadisəsi olub. Bazarda meyvələrin topdansatış hissəsində 44 yaşlı Məmmədov Ceyhun Mail oğlu tanımadığı şəxslə mübahisə edib. Bu zaman o, sağrı nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ərazi üzrə 24-cü polis bölməsindən verilən məlumata görə, faktla bağlı əməliyyat-istintaq qrupu yaradılıb, hadisəni törədən şəxsin tutulması istiqamətində iş aparılır. /xezerxeber.az/

шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →