Azərbaycanda vəzifəli şəxs və icra başçısının qardaşı oğlu qəzaya düşdü

 

Şamaxı rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Pressaz.com
xəbər verir ki, APA-nın xəbərinə görə, bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 141-ci kilometrliyində, Şamaxının Şərədil kəndində Şamaxı sakini, 1988-ci il təvəllüdlü Novruzov Cavid Gülabbas oğlunun idarə etdiyi 90-KK-731 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik avtomobili qarşı tərəfdən gələn Ağsu sakini, İsgəndərzadə Fərəc Azad oğluna məxsus 10-NK-677 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 21015” in sürücüsü Cavid Novruzov və sərnişini, 1984-cü il təvəllüdlü Comərdov Vüsal Çingiz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →