Manaf Ağayev: "İmkanım yoxdur, problemlər o qədərdir ki..."

  • 12:33 10 noyabr 2017
  • Şou
 

Tanınmış müğənni Manaf Ağayev yaradıcılığından danışıb.
Pressaz.com-un verdiyi  xəbərə görə,bu barədə sənətçi ölkə.az-a açıqlamasında bildirib ki, yeni mahnılar yazdırıb və bir neçə gündən sonra onları dinləyicilərinə təqdim edəcək. Sənətçi son illər solo konsert verənlərin azlığı və özünün solo konsert proqramı ilə çıxış edə bilməməsindən də söz açıb:
"İşlərim çoxdur. İşlərim o qədərdir ki, konsert zad yadıma düşmür. Problemlər o qədərdir ki, heç ildə bir-iki mahnını güclə yazdırıram. Cavan uşaqlar konsert versinlər də... Konsert maddiyyatdı, məsuliyyətdi. Toyda oxuduğunu orda oxumursan. Gərək məşqlər, yüksək səviyyəli hazırlıqlar olsun. Çox ağır və məsuliyyətli işdir. Amma hesabat konserti vermək arzum var".
Əməkdaşımızın "Bəlkə fəxri ad aldıqdan sonra konsert vermək istəyirsiniz" sualına M.Ağayev belə cavab verib:
"Fəxri adı alsam, məsuliyyət də artacaq. Ondan sonra işini-gücünü atıb, konsertin dalına düşürsən". шаблоны для dle 11.2
Diğər xəbərlər:


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →