Bakıda ulduzların yer aldığı “Bollywood night” baş tutdu

  • 15:11 12 noyabr 2017
  • Şou
 

Heydər Əliyev adına İdman Arenasında “Bollywood night” adlı konsert proqramı keçirilib.

Pressaz.com-un axşam.az-a istimadən məlumatına görə, konsertdən əvvəl sərgi-yarmarka təşkil olunub. Hindistanın ölkəmizdəki səfirliyinin, “Full House Entertainment” və Hindistanın Azərbaycandakı Assosiasiyasının təşkilatçılığı ilə təşkil olunan gecədə maraqlı anlar yaşanıb. 

Azərbaycan ilə Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və bu ölkənin müstəqilliyinin 70 illiyinə həsr edilən yarmarkada bu ölkəyə məxsus müxtəlif məhsullar nümayiş edilib. 

Aparıcılığını Samir Bayramlının etdiyi konsertdə səhnəyə Hindistanın məşhur müğənnisi Alişa Çinaya çıxıb. O, sevilən mahnılarını səsləndirib. Çinaya səhnəni xalq artisti Faiq Ağayev, müğənnilər Ceyhun Bakinski, Kamran Həsənli, Könül Kərimova ilə bölüşüb.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →