Telman İsmayılovun əmlakı satışa çıxarıldı: 43 milyon dollar

 

Azərbaycanlı iş adamı Telman İsmayılovun əmlakı satışa çıxarılsa da alan olmayıb.

Pressaz.com xəbər verir ki,baku.ws-in məlumatına görə, iş adamının Türkiyənin Sosial Müdafiə Fonduna külli miqdarda borcu olduğundan “Mardan palace” hotelinin stadionu və işçi heyətinin qaldığı məkanlar hərraca çıxarılıb.

Əmlakların ilkin qiyməti 100 milyon lirə (43 740 000 AZN) olub. Lakin qeyd edilən əmlakların alınması üçün heç kim irəli durmayıb. Nəticədə hərrac dayandırılıb.

Telman İsmayılov 2010-cu ildə dünyanın ən lüks hoteli seçilən “Mardan palace”ın inşasına 1.4 milyard dollar xərcləyib. Daha sonra iş adamının maliyyə problemləri yarandığına görə hotel Türkiyənin banklarından biri tərəfindən satın alınıb.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →