Elnarə Abdullayeva ondan şikayətçi olan kişinin adını açıqladı: Bir gün qardaşımı çağırdı ki... - FOTO

  • 14:12 22 noyabr 2017
  • Şou
 

Bu gün ARB telekanalında "Səhər-Səhər" verilişinin qonağı əməkdar artist Elnarə Abdullayeva olub.

Pressaz.com milli.az-a istinadla xəbər verir ki, xanım sənətkar böyüyüb boya-başa çatdığı kəndə su çəkdirdikdən sonra gəzən şayiələr barədə danışıb.

Elnarə Abdullayeva açıqlamasında ondan şikayət edən şəxsdən də danışıb:

"Bu, külli miqdarda həm pul, həm də zəhmət apardı. Biri dedi "Bulaq qurudu", dilləri qurusun. Mən bu işi başlayanda, ümumiyyətlə, bizim kənddə - Qobustan rayonunun Çuxanlı kəndində su olmayıb. İki bulağımız var idi. Şükür Allaha 2 ildir su normasında gəlir. Deməli, bizim kənddə bir nəfər var. O, durmadan ərizə yazır. Bir gün qardaşımı çağırıb ki, "Orada ağac kəsmisiniz". Kəndin cavanları, qocaları ətəylərin çirməliyib bu bulağın çəkilməyində əziyyət çəkiblər.

Dedim, özü üçün danışır. Düzü, bərk təhqir də etdim onu. Ərizədə sözügedən ərazidə ağacların kəsildiyi qeyd edilib. O ərazidə ağac olmayıb, adi kol-kos olub. Bundan əlavə də ki, buradan Elnarə su işlətmir e.., bir qurtum içir oradan. Bu, xalqa məxsusudur. Mirzəli adında kişidir. Demişəm ki, bir də belə hərəkət edərsə, camaat onu kənddən çıxaracaq. Orada bir quyu deyil. Orada böyük, baseynlər, motorlar, transformatorlar var. Bu, böyük bir layihədir. Oranın özünün işçiləri var".
 
 














шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →