Ramiz Məlik Məleykə Əsədovanı məhkəməyə verir

  • 16:07 24 noyabr 2017
  • Şou
 

Xalq artistləri Ramiz Məliklə Məleykə Əsədova arasındakı qalmaqal davam edir.

Məlumata görə, aktrisa həmkarını məhkəməyə verib, ondan 200 min manat təzminat tələb edib.

R.Məlik də qarşılıqlı olaraq aktrisanı məhkəməyə verməyə hazırlaşır. Bu haqda saytımıza açıqlamasında aktyorun vəkili Türkel Süleymanlı deyib: “Ramiz Məlik qarşı tərəfə üzrxahlıq edib. Bu söhbət teatrda da aparıldı, məsələ həll olundu. Hətta Ramiz bəy sosial şəbəkədə də yazıb, üzr istəmişdi.

 Amma nədənsə Məleykə Əsədova şikayət verib. Ramiz bəyin də haqqı var ki, məhkəməyə şikayət edib qarşı tərəfdən təzminat alsın. Bir çox materiallar yığılıb məhkəməyə təqdim olunacaq. Tələb ediləcək məbləğ hələ bəlli deyil. Amma ola bilsin Məleykə Əsədovanın istədiyindən də artıq təzminat tələb edilsin”.

Qeyd edək ki, aktyorlar arasındakı qalmaqala R.Məlikin sosial şəbəkədə qarşı tərəfin ünvanına nalayiq sözlər yazması səbəb olub.шаблоны для dle 11.2
Diğər xəbərlər:


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →