Sumqayıtda şəhid Şülan Bayramovun xatirəsi anıldı - VİDEO

 

Sumqayıt şəhər 33 saylı tam orta məktəbdə aprel şəhidi Şulan Bayramovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Pressaz.com-un Dünya TV-yə istinadən verdiyi məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, daha sonra isə vətən uğrunda şəhid olan oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd edək ki, Şulan Bayramov 1996-cı ilin iyulun 28-də Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 33 saylı tam orta məktəbi bitirən Şulan Bayramov bir il sonra, 2014-cü ildə Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinə daxil olub. Əsgər Şulan Bayramov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →