Sabaha olan hava məlumatı

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə  3-6° isti, gündüz 9-13° isti, Bakıda gecə  4-6° isti, gündüz  10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765  mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Noyabrın 27-də Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Lakin axşama doğru  bəzi şərq rayonlarında yağış,  dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →