Təranə: “Qızımın rəqqasə olmasını istəmirəm” - VİDEO

  • 12:43 30 noyabr 2017
  • Şou
 

“APA TV”-nin “Show time” verilişinə qonaq olan prodüser Təranə Səmədova maraqlı açıqlamalar verib.

Pressaz.com metbuat.az-a istinadla xəbər verir ki, o bildirib ki, Sueli rəqqasə kimi görmək istəmir: 

“Ana olandan sonra evimə dostlarımın axınının üstündən xətt çəkdim. Buna qədər 24 saat bütün dostlarıma qapım açıq ola bilərdi. Övladım hələ ki, uşaqdır, deyir ki, vizajist olacam. Amma riyaziyyatı yaxşı bilir, savadlıdır. Bu da gendən gəlir. Amma gələcəkdə baxacam ki, hansı profildə daha da uğurludur, o yönə də istiqamətləndirəcəm. Amma çox istərdim ki, ciddi bir sənətin sahibi olsun. Şou-biznesdə olmasını heç istəməzdim. Hətta rəqsə getmək istəyir, deyirəm ki, mama qurban, bədənivin elastikliyi üçün mən səni rəqsə qoyacam. Amma sabah mənə demə ki, rəqqasə olmaq istəyirəm. Rəqqasələrə hörmətim böyükdür, amma öz övladımı rəqqasə görmək istəmərəm".

шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →