"Həyatımda elə kişi var ki, ikinci kişiyə ehtiyac duymuram" - Afaq Aslan

  • 14:41 30 noyabr 2017
  • Şou
 

Bu gün "Səhər-Səhər" verilişinin qonaqlarından biri tez-tez açıq-saçıq şəkilləri ilə gündəmə gəlməyə çalışan Afaq Aslan olub.

Pressaz.com milli.az-a istinadla xəbər verir ki, gənc ifaçı verilişdə qadın hesabına yaşayan kişilərə söz atmadan keçməyib:

"Hər bir kişi pul qazanmağın yollarını tapmağı bacarmalıdır. Əziyyət çəkməlidir. Qadın pul qazanıb onu saxlamayacaq ki. Həyatında olan qadını kişi kimi təmin eləməlisən. Qadın hesabına yaşayan kişiləri mən qəbul eləmirəm".

Verilişdə qonaq qismində iştirak edən Sayqa Cahid müğənniyə bu sözlərdən sonra "Sənin həyatında bəs necədir?" sualı ilə müraciət edib.

Afaqın cavabını təqdim edirik:

"Mənim həyatımda elə bir kişi var ki, mən həyatımda ikinci bir insana ehtiyac duymuram. O insan mənə istənilən mövzuda ehtiyacı hiss etdirmir.

Mən bir insanı sevirəmsə, istər pulu olsun, istər olmasın, fərq etmir. Sevgi olan yerdə bütün çətinliklərə göz yummaq olur. Mən o insanı sevirməsə, istəyir Alen Delon gəlib dayansın qabağımda, mənim gözümə heç nə görünmür".







шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →