Yeni ildə efv fərmanı veriləcək....

 

Hər il olduğu kimi bu ilin sonunda da Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması gözlənilir.

Pressaz.com-un məlumatına görə,Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev publika.az-a bildirib ki, hər il olduğu kimi bu il də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına məhkumlardan və ailələrindən çoxsaylı müaricətlər daxil olub:

“Azadlıqdan məhrum edilən şəxs təbii ki azadlığa çıxmaq istəyir. Məhkumların özləri, ailə üzvləri, vəkilləri tərəfindən çoxsaylı müarciətlər edilir. Azərbaycanda hər il tarixi əhəmiyyətli günlərdə, xüsusi bayram günlərində Prezdident İlham Əliyev tərəfindən əfv sərəncamları imzalanır. Ənənəvi olaraq bu ilin sonunda da əfv haqqında sərəncamın olub-olmaması insanlarda sual doğurur. Hazırda bununla bağlı komissiya iş aparır, müraciətlər araşdırılır. Komissiyanın iclasları da hələlik başlamayıb. Nə qədər məhkumun əfv olunacağı ilə bağlı dəqiq rəqəmlər demək mümkün deyil, çünki müraciətlərin sayı olduqca çoxdur. Əfv sərəncamının nə zaman imzalanması barədə də heç bir söz demək olmur. Çünki bu yalnız cənab Prezidentin səlahiyyətində olan bir məsələdir”.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →