Azərbaycandan Türkiyəyə bir ildə 2 min 170 gəlin aparıblar

 

2016-cı ildə əcnəbilərlə ailə quran Türkiyə vətəndaşlarının statistikası açıqlanıb. Rəsmi məlumata görə, Türkiyəyə gəlin köçən qadınların sayına görə Azərbaycan üçüncü yerdədir.

Pressaz.com virtualaz.org-a istinadən xəbər verir ki, əcnəbi gəlinlərin çoxu suriyalıdır. Təkcə 2016-cı il ərzində türk kişilər 6 min 495 suriyalı qadınla ailə qurublar. İkinci yerdə 2 min 644 gəlinlə Almaniya, üçüncü yerdə isə 2 min 170 gəlinlə Azərbaycan gəlir.

Ümumiyyətlə, ötən il suriyalılarla ailə quran türk vətəndaşlarının sayı 7 min nəfəri keçib. Bu rəqəmin böyüklüyü isə Suriyada gedən müharibə səbəbindən Türkiyəyə sığınan 4 milyona yaxın suriyalı qaçqının olması ilə əlaqədardır.

2016-cı ildə Türkiyəyə xaricdən 22 min 583 gəlin gətirilib. Əcnəbilərlə evlənən türk qadınların sayı isə bundan xeyli az – 3 min 777 nəfər təşkil edib.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →