Şirvanda "Beynəlxalq Əlillər Günü" qeyd olundu - FOTOREPORTAJ

 

"Beynəlxalq Əlillər Günü" münasibətilə Şirvanda fiziki qüsürlu sakinlər üçün möhtəşəm tədbir keçirildi.

Pressaz.com
xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeçiliyində olan  Şirvan Regional Əlillərin Bərpa Mərkəzinin baş həkimi Könül Abbasovanın təşkilatçılığı ilə hazırlanmış tədbir rayon ziyalıları və dövlət rəsmilərinin iştirakı ilə baş tutdu.

Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin sədr müavini Vəfa Abbasova tədbiri açıq elan edərək Qarabağ döyüşlərində yaralanan qazilərimizin şücaətindən bəhs etdi. Daha sonra Regional Əlillərin Bərpa Mərkəzinin baş həkimi Könül Abbasova çıxış edərək mərkəzə müraciət edən hər bir fiziki qüsürlu şəxsin yüksək səviyyədə diqqət və qayğısına qalmağa çalışdıqlarını onlara göstərilən xidmətlərdən söhbət açdı.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndəsi, Şirvan şəhər İcra nümayəndəsi, Şirvan şəhər Yeni Azərbaycan Partiyasının sədri, Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, Hərbi komissarlıq nümayəndəsi, Yazıçı-Publisist Oqtay Əliyev və bir çox ziyalılar çıxış edərək dövlətimizjn əlillərə olan diqqət və qayğısından, onlara yaradılan gözəl şəraitdən bəhs etmişlər.

Tədbirdə iştirak edən  əlillər arasında  Qarabağ qaziləri və əmək veteranları da öz çıxışlarında tədbirin ərsəyə gəlməsində dəstəyi olan bütün insanlara təşəkkür etdilər. Onlara göstərilən bu qayğını yüksək qiymətləndirdiklərini qeyd etdilər.

Bədii hissə də Rayon Mədəniuyət Mərkəzinin "Səma" instrumental ansamblı, Müğənnilər Suada, Seymur Niftiyev, Cəmilə İskəndərova xanəndə Ülkər xanım mahnı tövhələrini oxudular və balaca İsmayıl öz saz ifası ilə hər kəsi şənləndirdi.

Əməkdaşımıza yaxınlaşan yaşlı və eləcə də cavan yaş təbəqəli fiziki qüsürlu qonaqlar Könül xanım haqqında xoş sözlər söyləyərək mərkəzin hovuz, masaj ve bir çox problemlərini dərhal həll etdiyini onlara çox doğma münasibət və eləcə də bu gün onlar üçün təşkil etdiyi bu bayram şənliyinə görə təşəkkür etdilər.

Tədbir boyu çəkilən xatirə fotolarını sizə təqdim edirik:




шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →