Binədə külli miqdarda narkotika tutuldu

 

İrandan Azərbaycanda narkotik gətirib pərakəndə satışını həyata keçirmək istəyən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Pressaz.com-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonu ərazisində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə əməliyyat tədbirləri keçirilib.
Nəticədə, narkotik vasitənin alqı-satqısını reallaşdırmaq üçün əraziyə gələn Elxan Əfrail oğlu Şirinov 5 ədəd bağlamada, ümumi xalis çəkisi 4930 qram olan həşiş qətranını şərti alıcıya satmaq istəyərkən saxlanılıb.

Bundan başqa, Elxan Əfrail oğlu Şirinovun üzərinə baxış keçirilərkən gödəkçəsinin cibində 1 ədəd bükümdə, xalis çəkisi 0,634 qram olan həşiş qətranı aşkar olunub.

İstintaqla müəyyən edilib ki, Elxan Əfrail oğlu Şirinov 2017-ci il noyabrın əvvəllərində külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirmək barədə İran İslam Respublikasında və Azərbaycan Respublikasında adları hələlik istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. O, sözügedən şəxslər tərəfindən Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilən, ümumi xalis çəkisi 4930,634 qram olan həşiş qətranını Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki "Binə" ticarət mərkəzinin yaxınlığında əldə edib.

Beləliklə, Elxan Əfrail oğlu Şirinov şübhəli şəxs qismində tutulub, təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham edilib və barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →