Bakıda daha bir piyadanı avtomobil vurdu - ÖZƏL VİDEO

 

Bakıda yolu keçmək istəyən piyadanı avtomobil vurub.

Pressaz.com xəbər verir ki, hadisə ötən gün Bakı - Sumqayıt yolunun Binəqədi rayonu ərazisində, saat 21:30 - 22:00 radələrində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobil havanın qaranlıq olduğu üçün, yolu keçmək istəyən orta yaşlı kişini vurub. Sürətin yüksək olması nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən “Mercedes” markalı avtomobilin sürücüsü Sumqayıt şəhər sakini Veysəl Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumatı Sumqayıt şəhər polis idarəsi təstiqləyib.

Faktla bağlı araşdırma aparılır.



шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →