Sabah hava küləkli olacaq – XƏBƏRDARLIQ

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən  şimal-qərb küləyi  ilə əvəz olunacaq. Havanın temperaturunun gecə  5-9° isti, gündüz  9-13° isti, Bakıda gecə  7-9° isti, gündüz  10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi  normadan yüksək 765  mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.

Nisbi  rütubət  gecə  75-85 %, gündüz  50-55 % olacaq. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 11-də  hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  6-11° isti olacağı gözlənilir.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →