Elnarə qalmaqala qoşuldu, Röyanı qınadı - "Ayıbdır..."

  • 19:53 12 dekabr 2017
  • Şou
 

Əməkdar artist Röya Ayxanla İradə İbrahimova qalmaqalına Elnarə Xəlilova da qoşulub.

Axşam.az-ın məlumatına görə, Xəlilova İradənin tərəfini tutaraq Röyanın hərəkətini bəyənmədiyini vurğulayıb. O, sənətçinin Röya haqqında sosial şəbəkədə paylaşdığı fikirə bu rəyi yazıb:

“Ayıbdır vallah. Gərək elə özümüzü biabır edək? Sadəcə, deməyə söz tapmıram. Əslində hər şeyi özün aydın yazmısan”.

Qeyd edək ki, İ.İbrahimova Röya haqqında “Türkiyədə star olmayacaq” sözlərini deyib. Bu ifadələr qarşı tərəfi özündən çıxarıb. Röya İbrahimovanı təhqir edərək ona “İradə xala” deyib.

“Altın kelebek” mükafatlandırma gecəsinə qatılan və ödül alan Röya daha sonra Nigar Camalla mübahisə edib. Ona söz atan Röya “Sən də İradə xala kimi...” cümləsini işlədib. İradə bu dəfə Röyaya daha sərt formada ismarış göndərib.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →