Vladimir Kliçkonun son döyüşündə geyindiyi xalat hərracda 215 min dollara satılıb

 

 Ukraynalı peşəkar boksçu Vladimir Kliçkonun karyerasında sonuncu döyüşü zamanı geyindiyi xalat hərracda 215 min dollara satılıb. 

Pressaz.com report-a istinadla xəbər verir ki, 41 yaşlı idmançı bu barədə şəxsi “Twitter” hesabında yazıb.

V.Kliçkonun britaniyalı Entoni Coşua ilə döyüş zamanı geyindiyi xalatın satışından əldə olunan vəsait xeyriyyəçiliyə yönəldiləcək. Bu missiyanı isə “Kliçko Fondu” yerinə yetirir. 

Qeyd edək ki, Vladimir Kliçko bu ilin avqustunda peşəkar boksçu karyerasını bitirdiyini açıqlayıb. O, superağır çəkidə Ümumdünya Boks Təşkilatının (WBO, 2000-2003, 2008 - 2015), Beynəlxalq Boks Federasiyasının (IBF, 2006 - 2015), Ümumdünya Boks İttifaqının (WBA, 2011 - 2015) versiyalarına əsasən çempion olub. Ukraynalı boksçu 2015-ci ilin noyabrında britaniyalı Tayson Fyuriyə uduzub və 3 dünya çempionu titulunu itirib.

Vladimir Kliçko son döyüşünü bu il aprelin 27-də Entoni Coşuaya qarşı keçirib və 11-ci raundda texniki nokautla məğlub olub. O, karyerası ərzində 53-ü nokautla olmaqla, 64 görüşdə qalib gəlib və 5 dəfə uduzub. шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →