Şeytan adı, soyadı olan insandır — Roma Papasından ŞOK AÇIQLAMA

 

Katolik Kilsəsinin lideri Papa Fransisko şok açıqlamalar verib.

Pressaz.com ölkə.az-a istinadla xəbər verir ki, Papa şeytanın real bir insan olduğunu və onunla dialoq qurulmamasının lazım olduğunu bildirib. Papanın bu açıqlamaları insanların çaşqınlığına səbəb olub.

Papa deyib: "Şeytan pislikdir. O tüstü deyil. Yayılan bir şey deyil, insandır. Onunla dialoqa girsəniz, məğlub olarsınız. O bizdən daha ağıllıdır. Sizi alt-üst edər, ağlınızı başınızdan alar".

Papa bu fikirləri "Tv2000" telekanalında bir din xadimi ilə söhbətində səsləndirib. Aparıcı Don Markonun "Yəni şeytanın adı və soyadı olduğunu söyləyirsiniz?"- sualına Papa "bəli, əminəm"- cavabını verib.

Papa bundan başqa şeytanın nəzakətli davranışla insanların ağlına girdiyini də qeyd edib. Fransesko şeytanın var olduğunu, onunla mübarizə etməyin vacibliyini bildirib.шаблоны для dle 11.2
Diğər xəbərlər:


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →