900-ə yaxın pirotexniki vasitə müsadirə olundu

 

Gömrük orqanına bəyan olunmayan pirotexniki vasitələr aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Pressaz.com-a verilən məlumata görə, Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Mazımçay" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi "Kia Sorento" markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

Gömrük baxışı zamanı avtomobildən gömrük orqanına bəyan olunmayan 899 ədəd müxtəlif markalı pirotexniki vasitələr-petardalar və fişənglər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →