Azərbaycan millisi Antalyada daha bir yoxlama oyunu keçirəcək

 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcək.

 Pressaz.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Rəşad Sadıqovun baş məşqçi olduğu yığma “Alanyaspor”un U-21 komandası ilə qarşılaşacaq.

Yanvarın 16-da keçiriləcək görüş yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) başlanacaq.

Qeyd edək ki, Azərbaycanın U-21 millisi yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →