Açıq-saçıq geyinməyən müğənnilərdənəm- Leyla Ramazanlı

  • 15:43 15 yanvar 2018
  • Şou
 

"Əslində, qarderobuma nəzər salsaq və kliplərimə baxsaq, açıq-saçıq geyinməyən müğənnilərdənəm. Səhnə gözəlliyi, dəbəbəni sevir, avanqard stili sevir. Deməzdim, çox açıq-saçıq geyimlərim var. Şərt o deyil ki, açıq-saçıq geyinəsən. Əsas odur ki, zövqlü olsun. Zövqlü olanda hərtərəfli olur"

Pressaz.com milli.az-a istinadla xəbər verir ki, bu sözləri "ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan müğənni Leyla Ramazanlı deyib.
Kliplərində fərqli geyimlərdən istifadə edən müğənni stilist tövsiyələrinə öz zövqünü də əlavə etdikdən sonra fanatları qarşısına çıxır:

"Bu günə qədər olan kliplərimdə bir çox stilistlə çalışmışam. Təbii ki, stilistin fikirlərilə bərabər, sonda öz zövqüm də əsasdır. Çalışıram ki, ikisi bir yerdə olsun. Səhnə insanının, sənətçinin geyimi adi insanlardan mütləq fərqlənməlidir. Geyim, ümumiyyətlə, səliqəliliyi sevir, baxımlılığı, gözəlliyi sevir. Səhnədə yorğun olsan da, problemlərin olsa da, hər şeyi unudub gözəl görünməlisən".
Leyla Ramazanlı ilə olan geniş reportajı bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz. шаблоны для dle 11.2
Diğər xəbərlər:


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →