"Real"dan iki super transfer: 210 milyon avro

 

La Liqada uğursuz çıxış edən "Real" heyətini gücləndirməyə çalışır. 
Pressaz.com xəbər verir ki, baş məşqçi Zinəddin Zidan iki ulduzun transferini istəyib.

Fransız mütəxəssis 2013-cü ildə 101 milyon avroya alınan Qaret Beylin satılaraq əvəzində "Mançester Siti"dən Raheem Sterlinqin alınmasını istəyib. 

Preymer Liqa klubu 23 yaşlı Yamayka əsilli ingiltərəli forvardı 2015-ci ildə "Liverpul"dan 62,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 80 milyon avro qiymət qoyub. 23 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı 30 rəsmi oyunda 18 qol vurub və 7 məhsuldar ötürmə edib. "Real"ın onun üçün ən azı 100 milyon avro xərcləməli olduğu deyilir.
"Real"ın hədəfindəki digər ulduz Mauro İkardidi. "Kral Klubu" argentinalı ulduzun müqaviləsindəki 110 milyon avroluq sərbəst qalma maddəsindən yararlanmaq istəyir.

Mauro İkardi 2013-cü ildə "Sampdoriya"dan "İnter"ə 13 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" argentinalı forvarda 75 milyon avro qiymət qoyub. 24 yaşlı futbolçu cari mövsümdə 22 rəsmi oyun keçirərək 18 qol vurub və 1 məhsuldar ötürmə edib.

//fanat.az//
 шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →