Qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi – 20 Yanvar

  

28 il əvvəl Azərbaycan xalqının qürur savaşına çevrilən 20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq tarixində yeni səhifə açdı. Tariximizin şərəfli səhifələrindən biri sayılan 20 Yanvar xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini, bütövlüyünü bütün dünyaya nümayiş etdirdi.Habelə  20 Yanvar faciəsi milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi kuliminasiya nöqtəsi oldu.

20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi dünya tarixində əbədi qalacaqdır.Bu faciə, keçmiş sovet hərb maşınının böyük bir millətə tuşlanmış amansız terroraktı idi.Xalqımız illər keçdikcə 20 Yanvar qırğınının əsl mahiyyətinin səbəblərini daha aydın şəkildə dərk edir və hər dəfə də haqsızlığın miqyası heç bir ölçüyə sığmadığı kimi, faciəyə aparan ədalətsiz siyasətin, xəyanətkarlığın hüdud tanımadığı daim sübut olunur.Bu qanlı faciəni unutdurmaq üçün vaxtilə çox təşəbbüslər oldu.Dövlət televiziyasının enerji bloku partladıldı, qəzetlərin yayını dayandırıldı, ölkənin bütün KİV-ləri iflic vəziyyətinə salındı.Bütün bunlardan əlavə olaraq  20 Yanvar faciəsi zamanı baş vermiş hadisələr bilərəkdən təhrif edilərək yanlış yozuma və unutqanlığa sövq edildi. Bütün bunları edənlər anlamırdılarki, Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin azadlığı və müstəqilliyi uğrunda ən ağır sınaqlara  dözmək, hətta şəhid vermək qüdrətini bütün dünyaya göstərmək qüdrətindədir. Heç şübhəsiz ki, 20 Yanvar faciəsi həm də SSRİ adlanan nəhəng imperiyanın iflasında da əsas amillərdən biri oldu.

Qanlı faciədə 147 dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın vətəndaşımızın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, yara idi. Lakin bu faciə eyni zamanda xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin dönüş nöqtəsinə çevrildi.
Tarixə nəzərən yanaşdıqda görünən budur ki, 20 Yanvara aparan yol 1988-ci ilin ziddiyyətli hadisələrindən başlanır.Keçmiş imperiya rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları nəticə etibarilə xalqımızın milli müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsinə təkan verdi. Vətəndaşlarımız SSRİ rəhbərliyinin Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etirazlarını bildirdi, Dağlıq  Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-ədalətin bərpa olunmasını tələb etdi. Bu  zaman ərazisinin ilhaq edilməsi cəhdlərinə qarşı qətiyyətlə çıxan xalqımızın müqavimət əzmi daha da artmış, pik həddə çatdırmışdır.Rejimin həyata keçirdiyi repressiv tədbirlər Azərbaycanda əhalinin narazılığını heç bir halda boğa bilməmişdi.


Ümumxalq etirazları 1989-cu ildən etibarən yenidən bütün respublikanı bürüdü.Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tabeliyindən çıxarmaq yolunda Moskvanın atdığı növbəti hiyləgər addım SSRİ Ali Soveti Rəyasət Heyətinin muxtar vilayətdə xüsusi idarəetmə forması yaratmaq haqqında 1989-cu il yanvarın 12-də verdiyi fərman oldu. Dağlıq Qarabağın idarə olunması mərkəzin nümayəndəsi A.İ.Volskinin başçılığı ilə yaradılmış Xüsusi İdarəetmə Komitəsinə həvalə edildi.SSRİ rəhbərliyi qəbul etdiyi rəsmi sənədlərində belə bir təsəvvür yaratmağa çalışırdı ki, regionda yaranmış vəziyyəti normallaşdırmaq üçün atdığı addımlarda həm Azərbaycana, həm də Ermənistana münasibətdə liberal mövqeyindən çıxış edir.Halbuki, Azərbaycana və azərbaycanlılara qarşı qərəzli münasibət açıq-aşkar göz qabağında idi.Azərbaycanlılar hələ 1988-ci ildən əvvəldə SSRİ-nin mərkəzi KİV-lərində və Ermənistanın müxtəlif mətbuat orqanlarında məqsədyönlü şəkildə həyata keçirilən ideoloji təcavüzə məruz qalırdılar.Bu, 1988-ciildə Ermənistanda,eləcədə DQMV-də başlanmış kütləvi etnik təmizləmə əməliyyatının hazırlıq mərhələsi kimi də dəyərləndirilə bilərdi. Ermənistanda yaşayan azərbaycanlıların misli  görünməmiş qəddarlıqla ata-baba yurdlarını tərk etməyə məcbur edilən zaman neçə-neçə soydaşımız, o cümlədən qocalar, qadınlar və uşaqlar amansızcasına qətlə yetirildi.Bütün bu yaşananlar SSRİ rəsmiləri tərəfindən tam sükutla müşayiət olunurdu. 1989-cu il dekabrın 1-də Ermənistan SSRİ Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. Bu xəyanətkar planların həyata keçirilməsinin qarşısını almaq üçün xalq ayağa qalxdı.SSRİ rəhbərliyi isə hüququ pozulan azərbaycanlılara qarşı amansızcasına divan tutmaq yolunu seçdi.

Beləki, 1990-cı il yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların bölmələri Bakı şəhərinə yeridildi. Bakının zəbt edilməsi xüsusi qəddarlıqla və misli görünməmiş vəhşiliklərlə müşayiət olundu.Öz milli mənafeyi və hüquqlarının qorunması üçün ayağa qalxan mübariz xalqın  inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və beləliklə sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 20 Yanvar faciəsi totalitar kommunistr ejiminin Azərbaycana, azərbaycanlılar aqarşı hərbi təcavüzü və misli görülməmiş cinayəti idi. Baş verənlər insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən “İnsan hüquqlarının ümumi Bəyannaməsi”, “Vətəndaş və siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq aktların, həmçinin keçmiş SSRİ və Azərbaycan SSR-inin konstitusiyalarının kobudcasına pozulması deməkidi. Kommunist diktaturası vaxtilə Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta, o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi.Ordu hissələrinin tərkibində Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlarda var idi.

SSRİ DTK-sının amansız  “Alfa” qrupu yanvarın 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı və respublikada televiziya verilişləri dayandırıldı. Gecə radələrində isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə divan tutmağa başladı.Mixail Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də gecə saat 1-dək çox sayda adam öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumatı isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı.Həmin vaxt öldürülənlərin sayı artıq 100 nəfərə çatmışdı.Halbuki, Mixail Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli xüsusi nümayəndələr həyasızcasına bəyan edirdilərki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq.

Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı.Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı ilyanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ulu öndər Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verənilk vətənpərvər lider oldu. Psixoloji və ruhi sarsıntı içərisində yaşayan azərbaycanlılar ümummilli liderin Moskva Nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı geniş şəkildə gördülər.Ümummilli lider Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həmdə bütün dünyanın gözü qarşısındai ttiham etdi.

Nəticə etibarı olaraq, Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması qarşıya qoyuldu.Həmin məsələ ümummilli liderin fəaliyyətinin bütün sonrakı mərhələlərində də aktuallığını qoruyub saxladı.Ulu öndər Heydər Əliyev  həmişə bu mövqedə olmuşdurki, xalqa qarşı yönəldilən və törədilən  heç bir cinayət cəzasız qalmamalıdır.Məhz hadisəyə ilk hüquqi- siyasi qiymətdə 1991-ci ilin noyabrında - onun Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi.Həmin il noyabr ayının 21-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarda (1991-ciil 21 noyabr) 20 Yanvarın Milli Matəm Günü kimi qeyd olunması göstərildi. Qərarın qeyd olunduğu sənəddə ilk dəfə olaraq faciənin əsas günahkarlarının adları sadalandı və onların məsuliyyət daşıdıqları birbaşa göstərildi.Məhz bu qərar, hadisəyə verilən ilk rəsmi hüquqi-siyasi qiymətidi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi məsələsi günün tələbi oldu.Çünki, bu hadisə Azərbaycan tarixində özünün dolğun mənzərəsini əks etdirməli idi.Ümummilli lider dövrün çətinliyinə baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin baş vermə səbəbləri və günahkarların araşdırılması işi ilə ciddi məşğul oldu.Dövlət səviyyəsində layihələr toplusu hazırlandı.Məhz bundan sonra mətbuatımız da böyük qayğı ilə üzünü bu faciənin tarixinə yönəltdi.Bütün iştirakçıların, şahidlərin ifadələri toplandı, hadisələrin bütün təfərrüatı dəqiqliyi ilə sənədləşdirildi.Baş verənlərə obyektiv siyasi qiymət vermək çağırışı və təkidi ən çox ulu öndər Heydər Əliyevə məxsus idi. Ölkə rəhbərinin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsiilə bağlı imzaladığı fərmanda Milli Məclisə tövsiyə olunurduki, faciəyə tamsiyasi-hüquqiqiymətverilsin. Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarda yanvar hadisələrinin əsl səbəblərini açıqladı, həqiqi günahkarlar aşkarlandı.Bu, xalqımızın, dövlətimizin, milli tariximiz qarşısında müqəddəs borcu idi.Azərbaycan Yanvar faciəsinin milli azadlıq mübarizələrini şanlı tariximizin güzgüsündə yenidən gördü və qiymətləndirdi.

1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Beləliklə, Heydər Əliyevin təkidi və rəhbərliyi sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya  siyasi-hüquqi qiymət verildi. Ümummilli liderin 2000-ci ildə 20 Yanvar faciəsinin 10-cu il dönümü haqqında imzaladığı fərmanda deyilirdi ki, XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir.

Bu gün 20 Yanvar iştirakçıları və şəhid ailələri daim dövlətin diqqət mərkəzindədir.Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Dövlət başçısı 2004-cü ildə 20 Yanvar faciəsinin 14-cü il dönümünün keçirilməsi ilə bağlı sərəncamında bildirirdi ki, Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdilər.

Faciədən sonrakı tarixi proses xalqımızın siyasi iradəsinin, müstəqillik arzularının yenilməzliyini bir daha sübüt etdi. Qəhrəman Azərbaycan xalqı həmin gün özünün azad və müstəqil yaşamağa layiq olduğunu bir daha bütün dünyaya isbat etdi.



Kamil Yaqubovшаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →