Gömrükdə yarım milyon manatlıq avtomobil saxlanıldı – FOTO

 

Dövlət Gömrük Komitəsinin əməkdaşları ban nömrəsi saxtalaşdırılan avtomobil aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən  Pressaz.com-a verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi, 2016-cı ildə istehsal olunan “Land Rover Range Rover” markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2016-cı ildə istehsal olunan “Land Rover Range Rover” markalı avtomobilin qiyməti komplektasiyasından aslı olaraq 150 - 250 min ( 425 000 AZN) dollar civarındadır.

PRESSAZ.COM

 шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →