"Real"ın ulduzu bu kluba transfer olunur

 

Bu mövsüm performansı ilə tənqid hədəfinə çevirilən Kərim Benzema "Real"dan ayrıla bilər. 

Pressaz.com fanat.az-a istinadən xəbər verir ki, fransalı ulduz Premyer Liqadan təklif alıb.

"Daily Mirror"un məlumatına görə, "Arsenal"ın baş məşqçisi Arsen Venger həmyerlisini transfer etmək istəyir. İddialara görə, artıq London klubu hücumçu ilə böyük ölçüdə anlaşıb. 

Futbolçu və klub arasında anlaşma olsa da, transfer haqqı məsələsində hələ "Real"la razılıq əldə olunmayıb. Madrid klubu Benzema üçün 60 milyon avro tələb edir. "Arsenal" isə 40 milyon avro ödəmək istəyir. Danışıqlar davam etdirilir.

Qeyd edək ki, "Real"ın 2009-cu ildə "Lion"dan 35 milyon avroya aldığı Benzemaya hazırda "Transfermarkt" 50 milyon avro qiymət qoyub. 30 yaşlı hücumçu cari mövsümdə 22 rəsmi oyuna çıxaraq 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →