Xatirə İslam "boşanmasından" DANIŞDI - AÇIQLAMA

  • 13:34 30 yanvar 2018
  • Şou
 

Tanınmış müğənni Xatirə İslamın həyat yoldaşı Fəxrəddindən boşanmasını təkzib edib.

Pressaz.com publika.az-a istinadla xəbər verir ki, bu gün sənətçinin boşanması ilə bağlı xəbərlər yayılıb. İddialara görə, cütlük 3 ay əvvəl rəsmi şəkildə boşanıb. Hadisəni dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxladıq. Telefona Xatirə İslamın köməkçisi cavab verdi. O bildirdi ki, xəbərlər həqiqəti əks etdirmir:
“Əgər doğru olsaydı, bu barədə bütün jurnalistlərə özümüz açıqlama göndərərdik, yaxud da sosial şəbəkədə özü bu barədə məlumat verərdi. Lakin Xatirənin boşanması xəbəri yalandır. Odur ki, bu mövzunu uzatmağa dəyməz”.

Xatırladaq ki, X.İslam 2 il əvvəl müsahibələrindən birində boşanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirmişdi. O, "33 yaşında ər tapmışam, niyə qoymursunuz oturum? İstəmirsiniz ki, müğənnilərin də ailəsi, yanında sağlam həyat yoldaşı olsun? Boşananda nə olur? Hər şey pis olur, adamın adına pis sözlər deyilir, istər-istəməz ayağını əyri yola da atır”, - deyə bildirmişdi.
шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →