Guya onlar xidmət gösdərirlər halbuki, .....- Əbülfəs Qarayev

 

"Turizm fəaliyyəti üzrə lisenziyaların verilməsinin aradan qaldırılmasından sonra bəzi dəllallar ortalığa çıxıb. Guya onlar xidmət göstərirlər, halbuki yalandan qiymətlər deyir, yalandan nəqliyyat təşkil edirlər".

Pressaz.com xəbər verir ki, Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, son nəticədə Azərbaycan turizminin səviyyəsi enir: "Bundan itiririk. Biz birləşərək normal bir proqram üzərində öz potensialımızı ortalığa qoya bilmir və həmin məhsulu dünya miqyasına çıxara bilmirik. Bunu etsək, o dəllal və yalançılar acı nəticələrlə üzləşəcəklər".

Hazırda "Turizm haqqında" yeni qanun layihəsi üzərində iş aparıldığını deyən Ə.Qarayev bildirib ki, bu qanun Azərbaycan turizminin keyfiyyətinin və imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq:
"Əgər kimsə beşulduzlu hotel əvəzinə ikiulduzlu hotelin xidmətlərini göstərirsə, deməli, ölçüləri pozur. Əgər turizm şirkətləri dəllallıqla məşğuldursa, insanları aldadırsa, o şirkətlər məsuliyyətə cəlb olunacaq. Güzəştə gedilməyəcək. Mən bu qanunun qəbul olunmasını səbirslizliklə göszləyirəm".
шаблоны для dle 11.2


Xəbər lenti
13:35
26 fevral
26 il əvvəl -26 fevral
Bütün xəbərlər →